Xarici Dillər fakültəsində “Gorg Lord Bayronun poeziya gecəsi” keçirilmişdir

   08.12.2016-cı il tarixində “Naxçıvan” Universitetinin Xarici Dillər fakültəsində “Xarici dillər” kafedrasının müəllimi f.ü.f.d., dosent Şirməmməd Qüdrət oğlu Qulubəyli tərəfindən təşkil olunmuş “Gorg Lord Bayronun poeziya gecəsi” keçirilmişdir.Tələbələr Gorg Lord Bayronun şeirlərini İngilis və Azrərbaycan dilində söyləmiş və “Xarici dillər” kafedrasının baş laborantı Dilarə Əsgərova tərəfindən hazırlanmış slayd nümayiş olunmuşdur. Şeirləri Azərbaycan dilinə “Xarici dillər” kafedrasının müəllimi və “Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Yazıçılar Birliyinin Tərcümə mərkəzinin rəhbəri f.ü.f.d., dosent Ş.Q.Qulubəyli tərcümə etmişdir. Yığıncaqda “Xarici dillər” fakültəsinin professor-müəllim heyəti və fakültə tələbələri iştirak etmişlər.