21 dekabr 2016-cı il tarixdə “Təbiət elmləri” kafedrasında “Coğrafiya müəllimliyi” ixtisası üzrə III kurs tələbələrinin “Coğrafiyanın tədrisi metodikası” fənnindən kurs işlərinin müdafiəsi olmuşdur

   Müdafiədə  14 nəfər III kurs tələbəsi iştirak etmiş və hamısı müvəffəq qiymətlər alaraq, yekunda kurs işlərinin müzakirəsi protokol qərarı ilə sənədləşdirilmişdir.
   Müdafiənin   gedişatında pedaqoji fakültənin dekanı dosent M.İ.İsmayılov, kafedra müdiri dosent A.Y.Səfərov,  fənn müəllimi, dosent S.Ə.Hacıyev, baş laborant N.H.Salmanova, pedaqoji fakültənin “Coğrafiya müəllimliyi” ixtisası üzrə tyutoru İ.Q.Həsənov iştirak etmişlər.