"Naxçıvan" Universiteti Kiyevdə Beynəlxalq seminarda təmsil olundu

28-29 noyabr tarixlərində Erasmus plus proqramı çərçivəsində Ukraynanın Kiyev şəhərində  seminar keçirilmişdir. Həmin seminarda dünyanın müxtəlif ölkələrindən 200-ə qədər universitet iştirak etmişdir. Seminarın ilk günü Avropa komissiyasının baş direktoru Claire Morelin açılış nitqi söyləmişdir. Proqram çərçivəsində müəyyən statistik qiymətlər açıqlanmışdır. Sonrakı mərhələlərdə universitetlər arası danışıqlar  aparılmışdır  və təxminən bütün gün ərzində davam etmişdir. Sonda isə  uğurlu qrant layihələr  təqdim etmək üçün müəyyən məlumatlar verilmişdir. “Naxçıvan” Universitetini bu iclasda layihə meneceri Elmira Hüseynova təmsil etmişdir. Gün ərzində 30-dan çox universitetlə  danışıqlar aparılmış  və universitetin tanıtım materialları müxtəlif universitet nümayəndələrinə təqdim edilmişdir.