“Naxçıvan” Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında 14 dekabr 2016-cı il tarixdə müəllimlərin elmi-tədqiqat işlərinin müzakirəsi keçirilmişdir

   “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru N.M.Məmmədova çıxış edərək bildirdi ki, kafedrada 2016-2020-ci illərə dair bir istiqamət “Naxçıvan ədəbi mühiti: yazıçı və şairlərin dil, üslub, sənətkarlıq xüsusiyyətləri və dilçilik məsələləri” mövzusunda 10 müəllimdən 6 müəllimin elmi tədqiqat işinə baxılmış, elmi tədqiqat işlərinin müzakirəsi keçirilmişdir.
   14 dekabr 2016-cı il tarixdə iş planına uyğun olaraq 2016-cı ildə icra olunan elmi tədqiqat işlərindən dosent A.Ə.Zeynalovanın, professor S.Q.Həsənovanın, baş müəllim M.H.Səfərovun, baş müəllim T.Z.Qəbulovanın, müəllim N.Y.Əsgərovun, müəllim A.R.Abuzərlinin elmi tədqiqat işlərinin müzakirəsi oldu. 2016-cı ildə yekunlaşan ETİ-nin hər birinə 2 ədəd rəy, referat yazılmış, nəticə çıxarılaraq ədəbiyyat siyahısı əlavə olunmuşdur.
   Çıxış edən icraçılar apardıqları elmi tədqiqat işlərinin aktuallığından, əldə olunan nəticələrdən danışaraq, verilən sualları ətraflı cavablandırmışlar. ETİ-nin  gedişatında pedaqoji fakültənin dekanı dosent M.İ.İsmayılov, kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru N.M.Məmmədova, baş laborant G.A.Səfərova iştirak etmişdirlər.