Yeni Azərbaycan Partiyasına üzv olmuş tələbələrlə görüş keçirilmişdir

Bununla bağlı keçirilən tədbiri giriş sözü  ilə YAP “Naxçıvan” Universiteti müəssisədən kənar ərazi ilk təşkilatının sədri Anar Abuzərli açıb. Bildirilib ki,  25 il bundan əvvəl ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşən, mütərəqqi insanların arzu və istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası dahi şəxsiyyətin ideyaları- nın işığında əsl ümumxalq partiyası kimi özünü təsdiqləyib. Ötən illər müstəqil Azərbaycanın taleyində bir sıra mühüm hadisələrlə yaddaqalan olub. Azərbaycan dövlətini və onun vətəndaşlarını azad, firavan günlərə qovuşduran güclü iqtisadiyyat yaradılıb, qüdrətli ordu formalaşıb, dövlətçilik möhkəmləndirilib, təhsildə, elmdə, mədəniyyətdə islahatlar aparılıb, qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı yüksək inkişaf mərhələsinə qədəm qoyub, idman sahəsində uğurlu nəticələr əldə olunub.

Sonra YAP “Naxçıvan” Universiteti müəssisədən kənar ərazi ilk təşkilatının sədr müavini Könül Babayevanın  və “Naxçıvan” Universiteti YAP gənclər təşkilatının sədri Validə İsmayılovanın çıxışları dinlənilmişdir.