Vergi məcəlləsinin xüsusi hissəsinin praktik izahı” adlı kitabının təqdimatı olub

       2018-ci ilin aprel ayının  28-29-da Bakı şəhərində Azərbaycan Respublikası Vergilər Nazirliyi  və Auditorlar Palatası da daxil olmaqla nüfuzlu birlik   və təşkilatların  dəstəyi  ilə  2-ci Milli Mühasibat  Forumu keçirilimişdir.  Həmin forumda  mühasibatlıq  və vergi sahəsində  yazılmış  50-yə yaxın  kitab müsabiqəyə  buraxılmışdır.  Vergi qanunvericiliyi  sahəsində  yazılmış kitablar  arasında  Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları  və “Naxçıvan” Universitetinin müəllimi İsmayıl Bağırovun və Təbiət Tağıyevin “Vergi məcəlləsinin xüsusi hissəsinin praktik  izahı” adlı kitabı birinci yerə layiq görülmüşdür.

       Bu günlərdə həmin kitabın “Naxçıvan” Universitetində  təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev giriş sözü ilə açaraq müəllifləri təbrik etmiş, kitabın məziyyətləri barədə söhbət açmışdır. Bildirilmişdir  ki, dərs vəsaitində  Azərbaycan Respublikasının  vergi sisteminin  strukturu,  ökədə fəaliyyət göstərən  bütün vergi növləri maddələrlə izah edilmiş, vergilərin hesablanması sahəsində müxtəlif məsələlərin həlli nümunələri öz əksini tapmışdır. Hər bir fəslin sonunda isə istifadəçilərin  xüsusən də  vergi orqanlarında  işləmək arzusunda olan namizədlərin sərbəst hazırlığı üçün mövzulara aid test tapşırıqları və praktik məsələlər  verilmişdir. Dərs vəsaiti  iqtisadi ixtisaslar üzrə təhsil alan  tələbələr, magistrlər, doktorantlar, müəllimlər, mühasiblər, iqtisadçılar, vergi sistemi işçiləri  həmçinin vergitutmanın  əsaslarını müstəqil surətdə öyrənmək  istəyənlər üçün nəzərdə tutulmuşdur.

       Tədbirdə Naxçıvan Muxtar Respublikası  Vergilər Nazirliyinin şöbə müdiri Abbas Səfərovun, Naxçıvan Dövlət Universiteti “Dünya iqtisadiyyatı” kafedrasının müdiri Ceyhun Mahmudovun və Universitetin İqtisadiyyat kafedrasının müəllimi Zahid Qənbərovun çıxışları dinlənilmişdir. Bildirimişdir ki,  adıçəkilən kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  diqqət və qayğısının  nəticəsi olaraq  vergi orqanı  sahəsində  çalışan  əməkdalara öz fəaliyyətlərini  həyata keçirmək üçün  yaradılmış  işgüzar  şəraitə  verilmiş qiymətdir.Bu kitab vergi  qanunvericiliyi ilə  maraqlanan  vətəndaşların, vergi  sahəsində  fəaliyyət göstərən  əməkdaşların, mühasiblərin  stolüstü kitabına çevriləcəkdir.

        Sonra müəlliflər göstərilən qayğıya, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq etdilər. Sonda Universitet rəhbərliyi tərəfindən ali təhsil olcağının müəllimi İsmayıl Bağırova şəxsi işinə yazılmaqla təşəkkür elan edildi.