Noyabr ayının 13-də Xəzər universitetində AESOP layihəsinin monitorinq iclası keçirildi

Azərbaycanda Milli Erasmus plus ofisinin rəhbərliyi ilə keçirilən iclasda AESOP-un Azərbaycandan olan tərəfdaşları Naxçıvan Universiteti, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti və Gəncə Dövlət Universiteti iştirak edirdi. Naxçıvan Universitetini layihə koordinatoru Elmira Hüseynova təmsil edirdi. O Naxçıvan Universitetinin layihədə indiyə qədər görmüş olduğu işlər haqqında slayd təqdimat etib və Pərviz Bağırovun suallarını cavablandırıb.