Bayrağımız qürurumuzdur,“Naxçıvan” Universitetində 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürurumuzdur” mövzusunda tədbir keçirilib.

Universitetin konfrans zalında keçirilən tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsələndirilib. Sonra səhnəyə üçrəngli bayrağımız gətirilib. Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq “Bayrağımız qürurumuzdur” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.  Bildirilmişdir ki, üçrəngli, aypara və səkkizgüşəli ulduz təsviri olan milli bayrağımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yaradılaraq ölkəmizin səmasında dalğalanmışdır.Yalnız 70 il sonra 1990-cı ilin noyabr ayının 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunumuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması , Naxçıvan MSSR-in adından “sovet” və “sosialist”sözləri çıxarılaraq onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. ,Ulu öndərin milli mənafelərə əsaslanan siyasətinin bütün sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdıran rektor bildirmişdir ki, ölkə başçısı İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur. Ölkə başçısı 2007-ci il noyabr 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu ilin noyabrında isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır.2010-cu il sentybrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanını təntənəli açılış mərasimi olmuşdur. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət Himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.,Natiq onu da bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən, Naxçıvan şəhərində də Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmışdır. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir.,Sonra tədbirin bəddi hissəsi olmuşdur. Tələbələrin ifasında barağımıza həsr olunmuş şeir səsələndirilimiş, milli rəqslərimiz nümayiş etdrilmişdir. Bundan başqa universitetin xarici tələbələrinin ifasında səslənən musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.