Bakı Biznes Universitetinin koordinator olduğu EQAC Erasmus plus layihəsinin növbəti təlim toplantısı İsveçin Stokholm şəhərində təşkil edilmişdir

26 avqust -01 sentyabr tarixlərində təşkil edilən təlimlərin ilk günündə  İsveçin KTH  Kral Texnologiya Universitetinin vitse-prezidenti Stefan Östlund Azərbaycan universitetlərindən olan heyəti qəbul etmişdir və universitetinin keyfiyyətin təminatı sahəsində gördüyü işlər barəsində məlumat vermişdir. 6 gün davam edəcək təlimlərdə KTH Kral Texnologiya Universiteti partnyor  universitetlərə Beynəlxalqlaşma siyasəti, keyfiyyətə təminat siyasəti , müasir təlim və ali təhsildəki yeniliklər, KTH keyfiyyət strukturu və siyasəti, İsveç ali təhsil  siyasəti, milli keyfiyyətə təminat sistemi başlıqlarında təlimlər keçərək tərəfdaş universitetlərlə təcrübələrini bölüşəcəkdir.

  “Naxçıvan” Universitetini təlimdə Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və Keyfiyyətə Nəzarət bölməsinin mütəxəssisi Könül Babayeva təmsil etmişdir.