Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akreditasiya və Nostrifikasiya idarəsi ilə Avropa Birliyinin TAİEX təşkilatının təşkil etdiyi təlimdə “Naxçıvan” Universitetininin əməkdaşı iştirak etmişdir.

 

   03-04 oktyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akreditasiya və Nostrifikasiya idarəsi ilə Avropa Birliyinin TAİEX  təşkilatı təlimlər təşkil etmişdir. İki gün davam edən təlimlərdə “Naxçıvan” Universitetini Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil etmişdir. Təlimdə diqqətə çatdırıldı ki, Azərbaycanın ali təhsil ocaqlarında akkreditasiya standartları Avropa ali təhsil standartları əsasında yenidən formalaşdırılır. Təhsil Nazirliyi tərəfindən  Azərbaycan  universitetlərində daxili keyfiyyətin  təminatı sisteminin qurulması və sturukturunun  formalaşdırılmadında müəyyən işlər həyata keçirilir.

   Bu sistemin müvəffəqiyyətlə qurulması və inkişaf etdirilməsi  universitetlərin  Avropa  təhsil standartlarından səmərəli istifadəsinə şərait yaradır. Məhz  təşkil edilən bu təlimlərdə əsas məqsəd ali təhsil ocaqlarında “Daxili keyfiyyətin təminatı sisteminin yeni standartlarda qurulmasını təmin etməkdir. Təlimlər Finlandiyanın Laplan  universiteti ilə Estonyanın Tallin Universitetinin mütəxəssisləri tərəfindən keçirilmişdir.