Azərbaycan Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya institutunun əməkdaşları “Naxçıvan” Universitetinin “Coğrafiya müəllimliyi” ixtisasının tələbələri ilə görüş keçirmişlər.

    01 may 2018-ci il tarixdə  Azərbaycan Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya institutunun əməkdaşları “Naxçıvan” Universitetində olmuş və Universitetin “Coğrafiya müəllimliyi” ixtisasının tələbələri ilə görüş keçirmişlər. Görüş zamanı “Təbiət elmləri” kafedrasının müəllimi dos. N.S.Bababəyli  Coğrafiya institutunun əməkdaşlarını tələbələrə təqdim etmişdir. İnstitutun əməkdaşı Rəna Qaşqay çıxış edərək Azərbaycan Respublikasının çayları, onların xüsusiyyətlərindən bəhs etmiş, tələbələr tərəfindən verilən  sualları cavablandırılmışdır.