“Naxçıvan” Universitetində “Azərbaycan dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri və rolu” mövzusunda konfrans keçirilib

  “Naxçıvan” Universitetində “Azərbaycan dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri və rolu” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin tədris işləri üzrə  prorektoru Hüseyn Bağırsoylu açaraq bildirmişdir ki, müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. XX əsrdə xalqımız bu böyük sərvəti-dövlət müstəqilliyini iki dəfə qazanmışdır. Birinci dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti kimi, ikinci dəfə isə 1991-ci ildə müstəqil Azərbycan Respublikası kimi. Tarixi ictimi-siyasi səbəblər üzündən cəmi 23 ay yaşamış Xalq Cümhuriyyətini qoruyub saxlamaq həmin dövrdə mümkün olmamışdı. Əsrin sonunda yenidən öz dövlət müstəqilliyini elan edən Azərbaycan özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab etmiş və müstəqil dövlət kimi tarixdə özünə yer qazanmışdır.

  Konfransda Ümummi tarix kafedrasının müəllimləri Elçin Zamanovun , İlhami Əliyevin və tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magist I kurs tələbəsi Qorxmaz Hacızadənin çıxışları dinlənilmişdir. Qeyd olunmuşdur ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini  bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü.Qürurverici haldırki, bu gün müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutur.Bu gün ümummilli liderimizin yolunu ölkə başçısı İlham Əliyev layiqincə davam etdirir. Ölkəmizdə aparılan iqtisadi və sosial islahatlar muxtar respublikamızda da öz bəhrəsini verməkdədir. Muxtar respublikada atılan məqsədyönlü addımlar nəticəsində doğma diyarımız əsl inkişaf dövrünü yaşayır. Doğma diyarımızın son illərdəki inkişaf templəri Heydər Əliyev ideyalarının gerçəkləşdiyini  onun arzularının həqiqətə çevrildiyini sübut edir.

  Sonda tarixi günü əks etdirən slayd nümayiş etdirilmişdir.