Ali təhsil ocağında 2017-ci ilin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib

  “Naxçıvan” Universitetində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat ilində Naxçıvan” Universitetində  4 fakültə, 10 kafedra, 6 şöbə, 4 mərkəz fəaliyyət göstərib.2017-ci ildə universitetin bütün ixtisasları üzrə 984 nəfər tələbə təhsil almışdır ki,bunlardan da 913 nəfəri əyani şöbədə,57 nəfər isə qiyabi şöbədə təhsillərini davam etdirmişlər. Hesabat ilində tədris intizamı daim diqqət mərkəzində saxlanılmışdır.Müəllim və tələbələrin dərsə davamiyyətinə ciddi yanaşılmış və dərs buraxma hallarının aradan qaldırılması üçün lazimi tədbirlər görülmüşdür.

   O da vurğulanıb ki,universitetin magistratura şöbəsində 11 nəfər tələbə təhsil alır. 2017-2018-ci tədrsi ili üçün Universitetin Magistratura şöbəsinə 6 nəfər tələbə qəbul olmuşdur ki, onlardan 2 nəfəri Azərbaycan dili və ədəbiyyat müəllimliyi, 3 nəfəri   Pedaqogika nəzəriyyəsi və tarixi, 1 nəfəri isə Tarix fənninin metodikası və metodologiyası ixtisasına qəbul olmuşdur.Hesabat ilində “Naxçıvan” Universiteti əməkdaşlarının 2 monoqrafiya, 9 dərs vəsaiti, 16 proqram  və metodik  vəsait,184 məqalə və tezis nəşr etdirmişlər ki, bu məqalə və tezislərin 9-u xaricdə dərs olunmuşdur.

   Universitetin beynəlxalq əlaqələri sahəsində də qazanılan uğurlara toxunan rektoru onu da bildirib ki, “Naxçıvan” Universitetinə xarici tələbələrin cəlbi üçün müəyyən işlər həyata keçirilir.Hazırda universitetdə bakalavr, magistratura və doktorantura üzrə 10 türk, 3 banqladeş və bir nigeryalı xarici tələbə təhsil alır. 2017-ci ildə Comolte və AESOP layihələri çərçivəsində bir çox xarici universitetlərə səfərlər edilmişdir. Həmin layihə çərçivəsində tələbə və işçilər arasında sorğu aparılmış və Ombudsman təlimat kitabçası yazılmışdır.Bundan başqa, universitetin Beynəlxalq münasibətlər ixtisasının III kurs tələbəsi 2017-2018-ci tədris ili üzrə Türkiyənin Beykent universiteti ilə bağladığımız müqavilə əsasında Beykent Universitetində təhsil alır.  

   Sonra məruzə ətrafında universitetin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylunun, tərbiyə işləri üzrə prorektor Əli Yusifovun və Xarici dillər fakültəsinin dekanı Yasin Babayevin çıxışlar dinlənilib.