Bu gün “Naxçıvan” Universitetində akademik Zərifə Əliyevanın anadan olmasının 99-cü ildönümü ilə əlaqədar elmi konfrans keçirilib.

  Konfransda universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Zərifə Əliyevanın fəaliyyəti çox zəngin və çoxşaxəli idi: "Zərifə Əliyeva Azərbaycan elminin əsl fədaisi olaraq elmi daim inkişaf etdirib. Eyni zamanda biz onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı da görürük. Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər də Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

  Rektor  vurğulayıb ki, Azərbaycan oftalmologiyasının bugünki inkişafı həm klinik, həm elmi baxımdan Zərifə xanımın adı ilə bağlıdır və onun elmi istiqamətlərinin bir hissəsidir.  Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. 

  N.Əliyeva konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Zərifə Əliyevanın 200-dən artıq elmi işləri çap olunub: "Zərifə Əliyevanın pedaqoji fəaliyyəti də çox geniş olub. Zərifə Əliyeva keçmiş sovet məkanında böyük laboratoriya yaratmışdı. Bu laboratoriyada həm elmi, həm də kliniki hissə fəaliyyət göstərirdi. Laboratoriyada həm xəstələr müalicə olunurdu, həm də elmi tədqiqatlar aparılırdı". İndi də Zərifə xanımın elmi fəaliyyətinin istiqamətləri öz aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

  Daha sonra “Təbiət elmləri” kafedrasının müəllimləri Aynurə Qulamova və dosent Həmidə Seyidovanın akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyəti ilə bağlı məruzələri dinlənilib. Bildirilib ki, Zərifə Əliyevanın fəaliyyəti, onun qoyduğu elmi irs o qədər zəngindir ki, bu gün də öz aktuallığını itirməyib.

  “Kimya biologiya müəllimliyi” IV kurs tələbəsi Sənan Düniyev  isə “Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillər üçün örnək və yaşam etalonudur” mövzusunda çıxış edib.

    Konfransda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib.

    Yekunda isə akademik Zərifə Əliyevanın 99 illiyinə həsr olunmuş sərgiyə baxış olub.

 

Bizimlə əlaqə

Naxçvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

  • dummy(036) 545 57 01

  • dummy(036) 545 15 16

  • dummy info@nu.edu.az

Universitetə qəbul