AKADEMİK BORCU OLAN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!!!

Əgər əvvəlki semestrlərdən və ya cari semestrdə kəsirləriniz yaranıbsa (davamiyyətə görə kəsirlər istisna olmaqla) siz 2 fəndən fənni dinləmədən təkrar imtahan vermək hüququna maliksiz. Bunun üçün ilk əvvəl aid dekanlıqlarınıza ərizə ilə müraciət etməlisiniz.

 

Təkrar imtahanlarda iştirak edəcək olan tələbələr:

 

−  Əvvəlki semestrlərdən akademik borcu olanlar (yalnız F qiyməti alanlar). İmtahanlar 15.01.2018-ci il tarixdən 31.01.2018-ci il tarixədək keçiriləcəkdir.

−   Cari semestrdə F qiyməti alanlar. İmtahanlar 5-7 fevral 2018-ci il tarixlərində keçiriləcəkdir.

−   Təkrar imtahana buraxılan tələbələrin ödəniş haqqı həmin fənn üçün müəyyən edilən məbləğin 25 %-i həcmində müəyyənləşdirəcəkdir.

 

                                                                                                                                      Tədris Şöbəsi