Ağbulaq İstirahət Mərkəzində tələbələrimizin “Yay Məktəbi” təşkil olunmuşdur


7-9 iyul 2017-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və “Naxçıvan” Universiteti tərəfindən Ağbulaq İstirahət Mərkəzində tələbələrimizin “Yay Məktəbi” təşkil olunmuşdur. “Yay Məktəbi”nin təşkili və bu məktəbin hazırlanmış proqramın həyata keçməsi bütün tələbələrimizi sevindirmişdir. “Yay Məktəbi”nin hazırlanmış Proqramına uyğun olaraq gənclər Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə yola düşmüş və İstirahət Mərkəzi ilə tanış olmuşlar.
   “Yay Məktəbi”nin ilk günü gənclər stolüstü idman oyunları oynamış, onlar arasında “Nuh yurdu” İntellektual Oyunu keçirilmiş, günün sonunda isə gənclərə aprel döyüşlərindən bəhs edən “Qarabağa doğru” sənədli filmi nümayiş olunmuşdur. Bu filmin nümayişi tələbələrimizdə vətənpərvərlik hissinin yüksəlməsinə, aprel döyüşlərinin birdaha tələbələrimiz arasında fikir mübadiləsinə səbəb olmuşdur.
   “Yay Məktəbi”nin ikinci günü tələbələrimiz səhər gimnastikası ilə məşğul olmuş, iştirakçılar arasında müxtəlif idman oyunları keçirilmiş, onların Ağbulaq kəndi ərazisinə gəzintisi, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin kollektivinin konsert proqramı təşkil olunmuşdur. Gəzintilər, yeni tanışlıq tələbə gənclərimizdə xoş ruh yüksəkliyinə səbəb olmuşdur.

   “Yay Məktəbi”nin üçünçü günü isə tələbələrin Şahbuz Dövlət Təbiət Qoruğuna gəzintisi təşkil olunmuş, gəzintilər zamanı çəkilmiş foto şəkillərin müsabiqəsi keçirilmiş, fərqlənən foto şəkillərin müəllifləri, həmçinin, “Nuh yurdu” İntellektual Oyununda və “Yay Məktəbi”ndə fəal iştirak edən tələbələrimiz Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşlar. Günün sonunda isə tələbələrimiz Naxçıvan şəhərinə yola düşmüşlər.

   Naxçıvan Muxtar Respublikasında “Yay Məktəbi” hər il təşkil olunur. Bu məktəbin yüksək səviyyədə təşkili Naxçıvan şəhərində fəaliyyət göstərən universitetlər içərisində “Naxçıvan” Universitetinin tələbələrinin də payına düşmüşdür. “Yay Məktəbi”ndə “Naxçıvan” Universitetində təhsil alan 60 nəfər tələbə və müəllim iştirak etmişdir.