8 noyabr 2017-ci il tarixində Heydər Əliyev adına tam orta məktəbdə təcrübəçi tələbələr "Bayrağım andım mənim" mövzusunda tədbir keçirdilər.

 Azərbaycanın dövlət Himni ilə başlayan tədbir Ulu öndərimin bayraq haqqında söylədiyi fikirlərlə davam etdi.Təcrübəçi tələbələr bayrağın tarixindən danışaraq bildirdilər ki, ölkəni dünyada tanıdan onun rəmzləridir. Azərbaycan Respublikasının rəsmi simvollarından biri də üç rəngli bayrağımızdır. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Tədbirdə tarix ixtisasının IV kurs tələbəsi Məmmədova Nuranə Azərbaycanın tarixindən, coğrafiya ixtisası üzrə IV kurs tələbələri Əlizadə Şəhriyar və İmanova Təhminə ölkəmizin zəngin təbii sərvətlərindən, Azərbaycan dili və  ədəbiyyatı müəllimliyi ixtisası üzrə VI kurs tələbələri Nəcəfova Vüsalə və Nağdəliyeva Məsi Azərbaycan ədəbiyyatından danışdılar. Ölkəmizin günü-gündən inkişaf etdiyini söyləyən tələbələr bildirdilər ki, universitetimizdə də  onlara daha yaxşı təhsil almaq, müxtəlif dillər öyrənmək üçün çox böyük imkanlar yaradılmışdır. Həmçinin bildirdilər ki, ölkədə  xarici dil bilən vətəndaşların sayı nə qədər çox olsa o ölkə dünyada daha çox tanınar.  İngilis dili müəllimliyi ixtisası üzrə VI kurs tələbəsi Nail vətənimizi ingilis dilində tərənnüm edərək bildirdi ki, gələcəkdə də vətənimizin dünyada daha yaxşı tanınması üçün əlindən gələni edəcək. Tədbirdə həmçinin məktəb şagirdləri tərəfindən milli rəqslər ifa  olundu, balaca birinciləridən Firanə və İncinin bayraq haqqında şerləri dinlənildi. Sonda məktəb nümayəndəsi Əmanət Musayeva və “Naxçıvan” Universitetinin  “Pedaqogika və psixologiya” kafedrasının müəllimi Nübar Səfərli çıxış edərək tələbələrin bu cür tədbirlər hazırlamasının vacibliyindən danışdı. Tədbir tələbələrin ifasında “Azərbaycan” mahnısı ilə başa çatdı.