6 noyabr 2017-ci il tarixində “İdarəetmə” kafedrasında Elmi Tədqiqat İşlərinin növbəti müzakirəsi keçirilmişdir

İclasda kafedranın  əməkdaşlarından S.R.Rəhimovun - “Naxçıvan MR-nın Regional  İnkişaf  Proqramı (2005-2008-ci illər) və onun yerinə yetirilmə nəticələri” mövzusunda və dos.M.T.İmanovanın - “Kommersiya təşkilatlarında uzunmüddətli və qısamüddətli aktivlərin uçotunun yeni standartlara uyğunlaşdırılması prinsipləri” mövzusunda Elmi tədqiqat işlərinin müzakirəsi keçirilmişdir. Tədqiqatçılar Elmi tədqiqat işlərinin aktuallığından və əldə olunan elmi yeniliklərdən ətraflı danışaraq verilən sualları cavablandırmışlar.