30 oktyabr 2017-ci il tarixində “İdarəetmə” kafedrasında Elmi Tədqiqat İşlərinin müzakirəsi keçirilmişdir

2017-2018-ci tədris ilinin I yarımilində  hər il olduğu kimi kafedra müəllimlərinin ETİ-nin müzakirəsi keçirilmişdir.

   Kafedranın  əməkdaşlarından kafedra müdiri, i.ü.f.d., dos. əvəzi  İ.V.Bağırovanın - “Sahibkarlığın inkişafında xarici iqtisadi əlaqələrin rolu və iqtisadi təhlükəsizliyin təmin edilməsi” mövzusunda və İ.B.Bağırovun - “Vergi tənzimlənməsinin sahibkarlıq fəaliyyətinə təsiri” mövzusunda Elmi tədqiqat işlərinin müzakirəsi olmuşdur. Tədqiqatçılar  Elmi tədqiqat işlərinin aktuallığından və əldə olunan elmi yeniliklərdən ətraflı danışaraq verilən sualları cavablandırmışlar.