27 Sentyabr “Ümumdünya Turizm günü” münasibəti ilə elmi-praktik konfrans keçirilib.

    “Naxçıvan” Universitetində Ümumdünya Turizm günü adlı elmi-praktik konfrans keçirilib. Konfransı ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirib ki, 1925-ci ildən Cenevredə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentybar tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. Bu beynəlxalq bayram dünyada 30 ildən artıqdır ki, keçirilir. Tədbir iştirakçıları “Naxçıvan” Universitetinin tanıtım videosuna baxmışlar. Konfransda universitetin Turizm informasiya mərkəzinin rəhbəri  Şahnaz Məmmədovanın “Turizm sahəsində gənclərin əmək potensialı”, Natiq MMC-nin satış və marketinq meneceri Natiq Paşayevin “Daxili və xarici turizm. Marketinqin bu istiqamətdə rolu”, universitetin müəllimi Əli Cabbarovun “Turizm sahəsində turlara olan tələb və təkliflər”, universitetin turzim və otelçilik ixtisasının IV kurs tələbəsi Sərvan Əhmədovun “Zaqatala rayonunun turizm potensialı” mövzularında çıxışları dinlənilmişdir. Bildirilmişdir ki, turizmin inkişafına ölkəmizdə hər zaman yüksək qayğı göstərilib. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. 1999-cu ildə ulu öndərin müvafiq Fərmanı əsasında qəbuledilmiş “Turizm haqqında”Qanun və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı” proqramı sonrakı dövrlərdə də ölkəmizdə turizm sektorunun inkişafına təkan verdi.

    Muxtar respublikamızın bütün bölgələrini əhatə edən müasir infrastrukturun qururulması, xidmətin yüksəldilməsidə turizmin inkişafını şərtləndirən amillərdəndir. 2013-cü ildəı Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi də turizmin inkişafına göstərilən qayğıdan xəbəbr verir.
    Sonda Naxçıvan Muxtar Respublikasının Turizm potensialının tanıtım videosu nümayiş etdirilmişdir.