23 Fevral 2018- ci il tarixdə “Naxçıvan” Universitetinin Pedaqoji fakultəsində “Xocalı faciəsi xalqımıza qarşı törədilən soyqırımın sonuncu mərhələsidir” mövzusunda elmi konfrans keçirilmişdir

  Konfransı giriş sözü ilə “Naxçıvan” Universitetinin Tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq sözü Ümumi tarix kafedrasının dosenti Zeynəb Quliyevaya vermişdir O, “Xocalıda törədilən faciənin səbəbləri” mövzusunda məruzə ilə çıxış etmişdir. “Xocalı faciəsinin psixologiyamızdakı izləri” mövzusunda isə Pedaqogika və psixologiya kafedrasının müəllimi Təranə Əliyeva öz fikirlərini bildirmişdir. Universitetin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Fatimə Yusifli isə “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzusunda çıxış etmişdir.  Sonra tələbələrimiz Xocalı faciəsi ilə bağlı şeirlər, poemadan parçalar ifa etdilər.Tədbirin sonunda faciə ilə bağlı slayd nümayiş olundu. Konfransdan sonra Tərbiyə işləri üzrə prorektoru Əli Yusifov, Pedaqoji fakultənin dekanı f.ü.f.d N.Əliyeva, Universitetin tarix kafedrasının müdiri t.ü.f.d M.Şabanov fakultənin tələbələri ilə birlikdə foyedə hazırlanmış “Xocalı qan yaddaşımız” adlı sərgi ətrafında disput keçirdilər və bir daha Xocalı faciəsi və faciənin yaddaşımızda yaratdığı obraz və izlər anıldı.