23.05.2017-ci il tarixdə “Naxçıvan” Universitetinin “Xarici Dillər” kafedrasında TEC işlərinin bölmə iclası keçirilmişdir

    23.05. 2017-ci il tarixdə “Naxçıvan” Universitetinin “Xarici dillər” kafedrasında 2016-2017-ci tədris ilində yerinə yetirilən Tələbə Elmi Cəmiyyətinin yekunlarına həsr edilmiş bölmə iclası keçirilmişdir. Bölmə iclasında 21 tələbənin TEC işi elmi rəhbərlərinin iştirakı ilə müzakirə olunmuşdur. Xarici dil “İngilis”dili müəllimliyi, Turizim, Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının tələbələri öz işləri haqqında məruzə ilə çıxış etmiş və verilən sualları cavablandırmışlar.

     Bölmə iclasının gedişində xarici dillər fakültəsinin dekan müavini Yasin Babazadə  kafedranın baş müəllimi İsrafil Babayev, baş müəllim K.Babayeva, baş müəllim Nərmin Məmmədova, müəllim Durna Şirəliyeva, kafedranın baş laborantı Dilarə Əsgərova iştirak etmişlər. Yerinə yetirilən  TEC işlərindən I,II və III yerləri tutan tələbələrə yerlərə müvafiq həvəsləndirici hədiyyələr təqdim edilmişdir.
1. I yer -   İbrahimova Nərgiz Faiq qızı - III kurs
2. II yer - Sara Kəmaləddin qızı Mehdiyeva- II kurs
3. III yer - Qönçə Zakir qızı Abdüləliyeva -II kurs