23.05.2017-ci il tarixdə “Naxçıvan” Universitetinin “Azərbaycan dili və ədəbiyyat ” kafedrasında TEC işlərinin bölmə iclası keçirilmişdir

    23.05. 2017-ci il tarixdə “Naxçıvan” Universitetinin “Azərbaycan dili və ədəbiyyat ” kafedrasında 2016-2017-ci tədris ilində yerinə yetirilən Tələbə Elmi Cəmiyyətinin yekunlarına həsr edilmiş bölmə iclası keçirilmişdir. Bölmə iclasında 15 tələbənin TEC işi elmi rəhbərlərinin iştirakı ilə müzakirə olunmuşdur. “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”  ixtisasının tələbələri öz işləri haqqında məruzə ilə çıxış etmiş və verilən sualları cavablandırmışlar.
         Bölmə iclasının gedişində kafedra müdiri Filol.üz.fəl.dok.N.M.Məmmədova, kafedranın dosenti  Q.İ.Əsgərova, dosent A.Ə.Zeynalova , Prof.Y.S.Səfərov, Filo.üz.fəl.dok.N.S.Əliyeva, baş müəllim T.Z.Qəbulova  iştirak etmişlər. Yerinə yetirilən  TEC işlərindən  II kurs tələbəsi  Əliyev Aydının TEC işi  I yerə,  II kurs tələbələri  Həsənova Pəri, Məmmədzadə İlahənin TEC işləri  II yerə, II kurs tələbələri Əliyeva İzafə və Qurbanova Xatının TEC işləri isə III yerə layiq görülmüşdür. Yer tutan tələbələr diplom və hədiyyələrlə təltif edilmişlər.