22 may 2018-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat kafedrasının “Azərbaycan dilinin inkişaf tarixi” mövzusunda elmi konfrans keçirilmişdir.

Konfransda 3 çıxış dinlənilmiş, sond isə slayt nümayiş etdirilmişdir. Konfransı  giriş sözü ilə Peadaqoji fakültənin dekanı N.Əliyeva açmış və konfransın elmi əhəmiyyətindən danışmışdır. Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Qənirə Əsgərova Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda, Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Arifə Zeynalova Azərbaycan dilinin zənginləşməsi yolları”  mövzusunda, Azərbaycan dili və ədəbiyyat kafedrasının baş müəllimi Mədəd Səfərov “Azərbaycan dilinə dövlət qayğısı” mövzusunda çıxışlar etmişlər.