20 sentyabr 2017-ci il tarixdə “Təbiət elmləri” kafedrasında “Coğrafiya müəllimliyi” ixtisası üzrə IV kurs tələbələrinə İKT ilə dərs keçirilmişdir.

“Təbiət elmləri” kafedrasının müdiri dos. A.Y.Səfərov “Coğrafiya müəllimliyi” ixtisasının IV kurs tələbələrinə S/F-Azərbaycanın Dövlət Təbiət Qoruqları və yasaqlıqları  fənnindən “Azərbaycanda Dövlət Təbiət Qoruqları və yasaqlıqlarının məqsəd və vəzifələri, onların yaranma tarixi, yerləşdiyi ərazi və sahələri” mövzusunda İKT ilə dərs keçmişdir.
Dərsin gedişatında kafedranın baş müəllimi E.Y.Seyidova, kafedranın baş laborantı N.H.Salmanova iştirak etmişlər.
Sonda tələbələrin verdiyi suallar cavablandırılmış və Azərbaycanın Dövlət Təbiət Qoruqlarından bəhs edən qısa metrajlı film nümayiş etdirilmişdir.