18 may 2018-ci il tarixində “Naxçıvan” Universitetində Pedoqoji fakultəsinin Riyaziyyat və İnformatika müəlimliyi III kurs tələbələri Həsənova Aytac və Qənbərov Allahqulunun “Sənət və Texnologiya ” adlı sərgisi keçirildi.

Sərgidə gənc rəssamlar əsərlərini texnoloji yanaşma ilə birgə nümayiş etdirdilər. Sərginin təşkilatşılarından Zeynalova  Firəngiz  “Sənət və Texnologiya ”  haqqında təqdimatla çıxış etdi.

Maraqla izlənilən sərgidə gənc rəssamların 20 rəsm əsəri sərgiləndi. Sərgini  200-ə yaxın  müəllim və tələbə izlədi.

Sərginin təşkilatçılığı rəssamların tələbə yoldaşları, Zeynalova  Firəngiz, Həsənova Ulduz, İbrahimova Billurə, Səfərov Ravil, Fərəcova Tovuz , Əliyeva Afaq tərəfindən edilmişdir .

Qənbərov Allahqulunun çəkdiyi rəsm əsərlərindən əsgərlərimizin Azərbaycan bayrağını dağ başına sancması, Həsənova Aytacın isə dəniz kənarından günəş doğuşu əsərləri daha maraqla izləndi .

Sərgiyə çox böyük rəğbət göstərildi. Sərginin çox mənalı və maraqlı keçdiyini bildirən qonaqlar sərgi çıxışında məmnuniyyət anketini doldurdu .  Bu tip sərgilərin davamını arzuladılar