16 may 2018-cı il tarixində “Naxçıvan” Universitetində “Riyaziyyat və İnformatika” kafedrasının təşkilatçılığı ilə 28 may – Respublika gününə həsr olunmuş I-III kurs tələbələri arasında “Məntiq və İnformatika” viktorinası keçirilmişdir.

     Viktorinın aparıcıları, Riyaziyyat və İnformatika müəllimliyi IV kurs tələbələri Nuriyeva Türqanə və Piriyeva Əfifə iştirakçıları viktorinanın qaydaları ilə tanış etdi.

   Viktorina komanda şəklində hər komandada üç tələbə olmaqla keçirildi. Üç turdan ibarət olan viktorinanın I turunda 15 komanda məntiq və informatikadan test imtahanı verdilər. Komanda hesabında ilk üç yerə çıxan “Azadlıq”, “Zəfər”, və “GUR” komandaları yarım finala vəsiqə qazandılar. Gərgin keçən mübarizədə Xarici Dillər fakültəsi III kurs tələbələrinin “Zəfər” komandasının üzvləri, Qönçə Abdüləliyeva, Nəzər Həsənov və Sara Mehdiyeva qalib oldu.


   Qalib komandaya “Naxçıvan” Universitetinin rəhbərliyi adından Fəxri Fərman və hədiyyə verildi.