14 may 2018-ci il tarixdə “İqtisadiyyat” kafedrasında “Naxçıvan MR-da Turizmin inkişafı: müasir vəziyyəti və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

14 may 2018-ci il tarixdə “İqtisadiyyat”  kafedrasında “Naxçıvan MR-da Turizmin inkişafı: müasir vəziyyəti və perspektivlər”  mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə “Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu açdı. Konfransda  Naxçıvan MR Turizm Departamentinin  direktoru  Əkbər Novruzov “Naxçıvan MR-da turizmin inkişaf imkanları” mövzusunda, Naxçıvan Dövlət Universitetinin “Turizm” kafedrasının müdiri Flora Kərimova  “Turizmin inkişafında ixtisaslı kadr hazırlığı məsələləri” mövzusunda,  “Naxçıvan” Universiteti “İqtisadiyyat” kafedrasının dosenti Əli Cabbarov “Naxçıvan MR-da müalicə turizmi ehtiyatlarından istifadə məsələləri” mövzusunda, “Naxçıvan” Universiteti “İqtisadiyyat” kafedrasının müəllimi Şahnaz Məmmədova “Naxçıvan MR-da otel təsərrüfatı potensialından istifadə”  mövzusunda və “Turizm və otelçilik” ixtisasının IV kurs tələbəsi Anar Qurbanov  “Ekskursiyaların keçirilməsində regional faktorların rolu” mövzusunda məruzə etmişlər. Elmi-praktiki konfrans işgüzar şəraitdə keçdi və müəyyənləşdirildi ki,  belə konfransların keçirilməsi turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin biliyinin artırılmasında  rolu böyükdür.