13 noyabr 2017-ci il tarixində “İdarəetmə” kafedrasında Elmi Tədqiqat İşlərinin növbəti müzakirəsi keçirilmişdir

İclasda kafedranın  əməkdaşlarından E.Y.Əlimərdanovun - “Kommersiya  əlaqələrinin  təşkili xüsusiyyətləri” mövzusunda və M.Ə.Allahverdiyevanın - “İnnovasiya sahibkarlığı sistemində marketinqin təşkili” mövzusunda Elmi tədqiqat işlərinin müzakirəsi keçirilmişdir. Müzakirədə elmi tədqiqat işlərinin aktuallığı, həmçinin də irəli sürülən elmi təkliflər və yeniliklər haqqında ətraflı söhbətlər aparılmış, sonda kafedra əməkdaşlarının verdiyi suallar tədqiqatçılar tərəfindən cavablandırılmışdır.