11 sentyabr 2017-ci il tarixdə “Azərbaycan dili və ədəbiyyat” kafedrasının iclası keçirildi

    Müzakirədə “Azərbaycan dili və ədəbiyyat ” kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru N.M.Məmmədova çıxış edərək yeni 2017-2018-ci tədris ilinin başlanması münasibəti ilə kafedra müəllimlərini təbrik etmiş, yeni tədris ilinə hazırlığın vəziyyəti və qarşıda duran məsələlər barədə danışmışdır.
    Qeyd olunmuşdur ki, hər bir müəllim təqvim-tematik plan, fərdi iş planı hazırlamalı, orada açıq və İKT dərslərinin tarixini göstərməli, mühazirə dərslərinin kağız və elektron variantını hazırlamalı, ayrı-ayrı fənlər üzrə fənn sillabusu tərtib etməli, test suallarını hazırlamalı, tələbələrə aktual TEC mövzuları verməklə,  ENS hazırlamalıdırlar.
O da qeyd olunmuşdur ki, müəllimlər tədris etdikləri mühazirə və seminar məşğələlərini yeni tədris vəsaitlərindən istifadə etməklə işlərini təşkil etməlidir.
    Aparılan ETİ-nin nəticələri barədə universitetin “Elmi əsərlər” jurnalında məqalələr çap etdirib yazdıqları əsərlər haqqında kafedraya məlumat verməlidir.
   Kafedra əməkdaşları çıxış edərək yeni dərs ilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün öz tövsiyələrini  bildirmişlər.
  İclasın yekununda 2017-2018-ci tədris ilinə hazırlığın vəziyyəti qənaətbəxş hesab edilmişdir.