10 sentyabr 2018-ci il tarixdə “Azərbaycan dili və ədəbiyyat” kafedrasının “2018-2019-cu tədris ilinin başlanması” ilə əlaqədar növbəti iclası keçirilmişdir

İclasda “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru H.Q.Bağırsoylu, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru  N.S.Əliyeva, “Azərbaycan dili və ədəbiyyat”   kafedrasının müdiri, dosent N.M.Məmmədova və kafedranın  əməkdaşları iştirak  edirdilər. İclasda yeni tədris ilinin başlanması ilə əlaqədar bəzi məsələlər və Xuraman Hacızadənin hazırladığı “Azərbaycan dilinin fonologiyası” adlı proqramı müzakirə edildi.

      “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru H.Q.Bağırsoylu çıxış edərək kafedra əməkdaşlarını yeni dərs ilinin başlanması münasibətilə  təbrik etdi və gələcək işlərində müvəfəqqiyyətlər arzuladı.

       Pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru  N.S.Əliyeva isə  müəllimlərin dərsə davamiyyəti , geyim məsələləri, dərsin və sinifin təşkili ilə bağlı öz tövsiyələrini verdi .

     “Azərbaycan dili və ədəbiyyat”   kafedrasının müdiri, dosent N.M.Məmmədova bildirdi ki, bu dərs ilində kafedrada 4697 saat dərs yükümüz var. Dərs yükünü yerinə yetirmək üçün kafedrada 12 müəllim fəaliyyət göstərəcək. Bu müəllimlərdən 2 nəfər professor, 5 nəfər dosent, 1 nəfər filologiya üzrə fəlsəfə doktoru, 3 nəfər isə müəllimdir. Sonda kafedra müdiri kafedranın işi ilə əlaqədar müəllimlərə bir sıra məsləhət və tövsiyələrini verdi.