“Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyyası” mövzusunda konfrans keçirilib

   “Naxçıvan” Universitetinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə universitetin  pedaqogika və psixologiya kafedrasının müdiri Nəzakət Yusifova açaraq  konfransın  mahiyyəti barədə danışmışdır.

   Konfransda Pedaqogika və psixologiya kafedrasının müəllimləri Təranə Əliyevanın “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial həyata inteqrasiyasında cəmiyyətin rolu”, Aytən Məmmədovanın Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda özgüvənin formalaşdırılması”, Aygün Rüstəmovanın “Autizmli uşaqların psixi inkişafında ailənin rolu” mövzularında “çıxışları dinlənilib. Bildirilib ki, cəmiyyətdə elə qurup insanlar var ki, onlara münasibət daha böyük diqqət və həssaslıq tələb edir.Daha çox sevgiyə, diqqətə  həssas münasibətə ehtiyac duyan uşaqların sosial müdafiəsinin gücləndirilməsi,onların reabiltasiyası,cəmiyyətə inteqrasiyası dünya ictimaiyyətini düşündürən mühüm sosial vəzifələrdəndir. İnkişaf etmiş cəmiyyətlərdə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inte­qrasiyası, onların təhsilinin, reabilitasiyasının səmərəli təşkili sahəsində xeyli iş görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə qəbul edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı” bu qəbildən olan uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

   Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.