“Naxçıvan” Universitetinin “Təbiət elmləri” kafedrasında 11 sentyabr 2017-ci il tarixdə “yeni tədris ilinə hazırlığın vəziyyəti barədə” kafedra iclası keçirilmişdir.

   Müzakirədə “Təbiət elmləri” kafedrasının müdiri dosent  A.Y.Səfərov çıxış edərək yeni 2017-2018-ci tədris ilinin başlanması münasibəti ilə kafedra müəllimlərini təbrik etmiş, yeni tədris ilinə hazırlığın vəziyyəti və qarşıda duran məsələlər barədə danışmışdır.
   Qeyd olunmuşdur ki, hər bir müəllim təqvim-tematik plan, fərdi iş planı hazırlamalı, orada açıq və İKT dərslərinin tarixini göstərməli, mühazirə dərslərinin kağız və elektron variantını hazırlamalı, ayrı-ayrı fənlər üzrə fənn sillabusu tərtib etməli, test suallarını hazırlamalı, tələbələrə aktual TEC mövzuları verməklə, müəllimlər Naxçıvan mühitini əhatə edən mövzularla bağlı ENS hazırlamalıdır.
   O da qeyd olunmuşdur ki, müəllimlər tədris etdikləri mühazirə və seminar məşğələlərini yeni tədris vəsaitlərindən istifadə etməklə işlərini təşkil etməlidir.
   Aparılan ETİ-nin nəticələri barədə universitetin “Elmi əsərlər” jurnalında məqalələr çap etdirib yazdıqları əsərlər haqqında kafedraya məlumat verməlidir. Kafedra iclasında pedaqoji fakültənin dekanı dos. M.İ.İsmayılov,  tyutor İ.Q.Həsənov iştirak etmişlər.
   Kafedra əməkdaşlarından b/m Ə.K.Qurbanov, b/m E.Y.Seyidova, dosent H.S.Seyidova çıxış edərək yeni dərs ilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün öz tövsiyələrini  bildirmişlər.
   İclasın yekununda 2017-2018-ci tədris ilinə hazırlığın vəziyyəti qənaətbəxş hesab edilmişdir.