“Naxçıvan”Universitetinin əməkdaşları Bakı şəhərində keçirilən təlimdə iştirak edir.

  Gürcüstanın Akaki Tsereteli Universitetini koordinatorluğu ilə həyata keçirilən AESOP layihəsini növbəti iclası Xəzər Universitetində keçirilir.Tədbirdə patnyor Universitet kimi iştirak edən “Naxçıvan”Universitetini tədris şöbəsinin müdiri Anar Abuzərli,Layihə koordinatoru Elmira Hüseynova,Xarici dillər fakültəsinin dekan müavini Yasin Babazadə təmsil edirlər.

  Azərbaycan,Gürcüstan,Ukrayna,İtaliya,Finlandiya və Polşanın iştirak etdiyi təlimin keçirilməsində məqsəd universitetlərdə Ombudusman aparatının funksiya və strukturlarının nəzəri və praktik cəhətdən ötrənilməsindən ibarətdir.

  Tədbiri giriş sözü ilə açan Xəzər Universitetinin təsisçisi ,Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirakçıları salamlayaraq təlimin mahiyyəti haqqında geniş məlumat vermişdir.Daha sonra təlim əvvəlcadən müəyyənləşdirilmiş proqram üzrə öz işinə başlamışdır.

   Qeyd edək ki,təlim 27 sentyabr 2017-ci il tarixədək davam edəcəkdir.