“Naxçıvan” Universitetinin Kitabxanasında Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “Nizaminin hikmət və nəsihətləri” kitablarının müzakirəsi keçirilib

 

 “Naxçıvan” Universitetinin  Kitabxanasında  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  Vasif  Talıbovun  28 avqust  2017-ci il  tarixli   “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq olunması haqqındakı sərəncamına əsasən  Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “Nizaminin hikmət və nəsihətləri” kitablarının  müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev çıxış edərək  sərəncamın əhəmiyyətindən, bu istiqamətdə atılan addımların vacibliyindən danışmışdır.

Tədbirdə  çıxış  edən kitabxananın direktoru,  filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova bu sərəncamın  kitaba, kitabxanalara  qayıdış üçün çağırış olduğunu, sərəncamdan sonra  kitabxanalarda oxucuların sayının çoxaldığını və siyahıda adları göstərilən hər bir kitabın  müzakirəsinin  təşkil olunmasını qarşıda duran ən əsas  vəzifəmiz olduğunu qeyd etmişdir.

Sonra “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Sirlər xəzinəsi” və “Nizaminin  hikmət və nəsihətləri” kitabları haqqında  tədbir iştirakçılarına  ətraflı məlumat vermiş, əsərin spesfik xüsusiyyətlərindən danışmışdır.

Tələbələrdən Fatimə Yusifova və Aydın Əliyev “Sirlər xəzinəsi”  poemasından bir parçanı bədii qiraətlə söyləmişlər.  Tələbələri maraqlandıran suallar  cavablandırılmış və sonda  sərəncamda adları göstərilən kitablardan ibarət  guşəyə baxış olmuşdur.