“Naxçıvan” Universitetinin Kitabxanasına yeni kitablar hədiyyə olundu

   Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin Sədri tərəfindən 80 adda 129 sayda kitab “Naxçıvan” Universitetinin  “Dinşünaslıq” ixtisasının kitabxanasına hədiyyə olunub.

    Bununla  bağlı kitabxanada  yeni kitabların təqdimatı keçirilib.  Tədbiri  giriş sözü ilə açan Tədris işləri üzrə  prorektor Hüseyn Bağırsoylu  hədiyyə olunan kitabların  əhəmiyyətindən danışmış və universitetə göstərilən diqqətə görə Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin Sədrinə unversitet kollektivi adından  minnətdarlığını bildirmişdir.  

    Sonra   Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev  geniş çıxış edərək  bildirmişdir ki, 2018-ci il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bu gün dünyada baş verən dini münaqişələr, terrorizm  yüksək ixtisaslı, dini təhsil alan kadrlara ehtiyac yaradır. Radikal və dini nifrət yayan cərəyanlara, uydurma dini təriqətlərə, zərərli dini ideyalara qarşı mübarizədə, din-dövlət münasibətlərinin tənzimlənməsində, İslamın mahiyyətinin insanlara çatdırılmasında ixtisaslı din xadimlərinə ehtiyac vardır. “Naxçıvan” Universitetində  “Dinşünaslıq” ixtisası da bu məqsədlə açılıb. Elə bu gün kitabxananın dini kitablarla zənginləşdirilməsi də bu məqsədə xidmət edir.  Bu muxtar respublikada dini dəyərlərə verilən qiymətin və dini abidələrə göstərilən qayğının  nəticəsidir.

      Tədbirin sonunda tələbələr  hədiyyə olunan  yeni  kitablarla  tanış olmuşdur.