“Naxçıvan” Universitetinin iştirak etdiyi AESOP Erasmus Plus layihəsi çərçivəsində yaradılacaq Tələbə Ombudsman Aparatı haqqında bütün fakültələrdə silsilə şəkildə təlimlər keçirilir.

  “Naxçıvan” Universitetinin də iştirak etdiyi Erasmus Plus layihəsinə əsasən ali təhsil ocağında bu  ildən etibarən Varşava modelinə uyğun Ombudsmanlıq ofisi yaradılacaq.

   21.02.2018-ci il tarixində İqtisadiyyat  fakültəsində təşkil edilən təlimdə tələbələrə Universitetin status və Ali təhsil haqqında qanun barəsində geniş məlumat verilmişdir. Təlim  Universitetin Tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu tərəfindən keçirilmişdir.

   22.02.2018-ci il tarixdə Xarici dillər fakültəsində təşkil edilən təlimdə tələbələrə Universitetin nizamnaməsində yer alan tələbə hüquqları barəsində geniş məlumat verilmişdir. Təlim  Xarici dillər fakültəsinin müəllimi Elmira Hüseynova tərəfindən keçirilmişdir.

   23.02.2018 – ci il tarixdə Pedaqoji fakültədə təşkil edilən təlimdə tələbələrə Universitetin strukturu  barəsində geniş məlumat verilmişdir. Təlim  Universitetin Tədris şöbəsinin müdiri Anar Abuzərli  tərəfindən keçirilmişdir.

   Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli ombudsman, onun “Naxçıvan” universitetində mövqeyi, ombusdmanın fəaliyyət sahələri və səlahiyyətləri haqqında geniş məlumat vermiş, tələbələrin Ombudsman aparatı vasitəsilə hüquqlarının müdafiəsindən  bəhs etmiş və tələbələri maraqlandıran sualları cavablandırmışdır.