“Naxçıvan” Universitetinin də iştirak etdiyi Erasmus Plus layihəsinə əsasən ali təhsil ocağında bu ildən etibarən Varşava modelinə uyğun Ombudsmanlıq ofisi yaradılacaq

    “Naxçıvan” Universitetinin iştirak etdiyi Aesop Erasmus Plus layihəsi çərçivəsində yaradılacaq tələbə ombudsman aparatı haqqında bütün fakultələrdə silsilə şəkildə təlimlər keçirilir. Növbəti təlim  Pedaqoji fakultədə 27.02.2018-ci il tarixdə Pedaqogika və psixologiya kafedrasının müəllimi Aygün Rüstəmovanın  rəhbərliyi ilə “Şəxsiyyətin formalaşması və onun xarakterik xüsusiyyətləri” başlığı altında baş tutmuşdur. Təlimdə şəxsiyyətin formalaşmasına təsir edən amillər, şəxsiyyətin xarakterik xüsusiyyətləri, psixotiplər barədə geniş məlumat verilmişdir. Təlim fakultə əməkdaşlarının və tələbələrinin marağına səbəb olmuşdur.