“Naxçıvan” Universitetinin bir qrup əməkdaşı gənc alimlərin I qrultayında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan gənc alimlərinin I qrultayı keçirilib.Tədbirdə Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov və gənc alimlər çıxış ediblər.

Tədbirdə “Naxçıvan” Universitetini ali təhsil ocağının  tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu layiqincə təmsil etmişdir. H.Bağırsoylunun tədbirdə geniş məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, Azərbaycan gəncləri bu gün tarixin ən məsuliyyətli dövrünü  yaşayır. Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin  sürətlə formalaşdığı hazırkı mərhələ respublikamızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını  təmin etmək istiqamətində  aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin potensialından geniş istifadə olunmasına ciddi zərurət yaranmaqdadır. H.Bağırsoylu onu da vurğulamışdır ki, Dövlət gənclər siyasəti muxtar respublikamızda  uğurla həyata keçirilir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi mədəni həyatında fəal iştirakı , sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin