“Naxçıvan” Universitetinin əməkdaşı beynəlxalq konfransda iştirak edib

Bu günlərdə Əskişəhər Anadolu Universitetində “100-cü ilində Azərbaycan Cümhuriyyəti”  beynəlxalq konfrans keçirilib. Konfransda “Naxçıvan” Universitetini İdarəetmə fakültəsinin   müəllimi Murad Sevdimalıyev layiqincətəmsil etmişdir. Məlumat üçün qeyd edək ki, konfransda iştirak etmək üçün müraciət edən 13 ölkədən 542 tədqiqatçı arasından sadəcə 60 məqalə elmi yeniliyi nəzərə alınaraq qəbul edilmişdir.Konfransda Ali təhsil ocağının əməkdaşı Murad Sevdimlıyevin “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafında bank sektorunun rolu və iqtisadiyyatda bank kreditlərinin sahələr üzrə istiqamətləri” mövzusunda çıxışı dinlənilmişdir.Onun bank sektoruna həsr etdiyi elmi məruzəsi maraqla qarşılanmışdır. Muxtar respublikanın iqtisadi inkişafı bu inkişafda bankların rolu, bank kreditlərinin inkişafdakı təsir dairəsi gənc tədqiqatçının elmi və statistik təhlilləri ilə təqdim olunmuşdur.

Konfrans ərzində elmi əməkdaşlıqla yanaşı gələcəkdəki qarşılıqlı münasibətlərə dair bir neçə görüşlər də keçirilmişdir.Belə ki,Əskişəhər Azərbaycanlılar Dərnəyində və  Türk Dünyası Araşdırmalar Mərkəzində olan M.Sevdimalıyev dərnək rəhbəri Cavid Aydın və mərkəz rəhbəri Mehmet Topal ilə görüşmüş, “Naxçıvan” Universitetinin tanıtım jurnalının yer aldığı hədiyyələri təqdim etmişdir. Görüş zamanı qarşılıqlı əməkdaşlıq barədə bir sıra müzakirələr həyata keçirilmiş və müxtəlif mövzularda fikir mübadiləsi aparılmışdır.