“Naxçıvan” Universitetində elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş konfrans keçirilib

 

Bununla bağlı keçirilən konfransı universitetin rektoru, professor İsmayıl Əliyev açaraq Tələbə Elmi Cəmiyyətinin tələbələrin universitetdə aparılan elmi-tədqiqat işlərinə cəlb olunmasına, elmi axtarışlar aparmaq vərdişləri əldə etmələrinə şərait yaradan bir qurum olduğunu vurğulamışdır. Bildirilmişdir ki, ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyətləri yerinə yetirir. Məqsəd isə elmə, biliyə marağı olan tələbələri üzə çıxarmaq, onlara elmi-tədqiqat işlərinin aparılmasında kömək etmək və istiqamətləndirməkdən ibarətdir.
     Rektor onu da bildirmişdir ki, bu cəmiyyət eyni zamanda istedadlı və bacarıqlı tələbələrin üzə çıxmasında üzərinə böyük məsuliyyət götürmüşdür. Bu elmi arena tələbələrin nə qədər bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş etdirmələri baxımından çox önəmlidir.

       Konfransda İdarəetmə fakültəsinin dekanı, dosent Elbrus İsayevin “XV əsr Azərbaycan diplomatiya tarixinin öyrənilmə vəziyyəti və aktual problemləri”, həmin kafedranın müəllimi iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanovanın “Kommersiya təşkilatlarında uzunmüddətli və qısamüddətli aktivlərin uçotunun yeni standartlara uyğunlaşdırılması prinsipləri”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Aytən Məmmədovanın “M.Füzuli: insanın mənəvi inkişafında elm və təhsilin rolu” mövzularında  çıxışları dinlənilmişdir.