“Naxçıvan” Universiteti yeni bir beynəlxalq layihənin partyorudur

   Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin Yaradılması və İnkişaf etdirilməsi məqsədilə yeni  layihənin ilk iclası Bakı şəhərində keçirilmişdir. Bakı Biznes Universitetinin təşkilatçılığı ilə keçirilən iclasda “Naxçıvan” Universitetini rektor, professor İsmayıl Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və xarici dillər fakültəsinin müəllimi Könül Babayeva layiqincə təmsil etmişlər. İclasda “Naxçıvan” Universitetinin təqdimatını Rəcəb Cəfərli nümayiş etdirmişdir.

     Layihənin yaradılmasında məqsəd mərkəzlər mövcud olan universitetlərdə həmin mərkəzlərin yenidən qurulması, iş prinsiplərinin Avropa standartlarına uyğunlaşdırılması, Keyfiyyətə Nəzarət Mərkəzləri olmayan universitetlərdə isə yeni mərkəzlərin yaradılmasından ibarətdir. Məlumat üçün qeyd edək ki, layihə müddətində Azərbaycanın 11 universitetindən hər universitetində 4 nümayəndə heyəti olmaqla Avropanın 4 ali təhsil ocağı da təlimlərə cəlb edilmişdir. Keçirilən təlimlərdə Azərbaycanın nümayəndə heyəti Avropanın bu qabaqcıl universitetlərində keyfiyyət təminatı mərkəzlərinin iş prinsiplərinin və onların bu sahədəki təcrübələrini öyrənəcəklər. Bundan başqa Litvanın EKT akkreditasiya təşkilatı tərəfindən isə Bakı Biznes universiteti ilə birgə layihə tərəfdaşlarının işçi heyətlərinə tədrislə əlaqəli əməkdaşlarına bir aylıq təlimlər keçiriləcək.  Layihə çərçivəsində mükəmməl idarəetmə sistemi yaratmaq məqsədilə onlayın platforma yaradılacaq.