“Naxçıvan” Universiteti tələbələri Ağbulaqda

 

   Ali təhsil müəssisələri tələbələrinin Ağbulaq İstirahət Mərkəzində fevral ayının 5-ində başlayan “Qış məktəbi”nin- I mərhələsi fevral ayının 9-da başa çatmışdır.
   Naxçıvan Dövlət və “Naxçıvan” Universitetlərinin, həmçinin Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirak etdiyi “Qış məktəbi”nin ilk mərhələsi olduqca maraqlı və əyləncəli keçib. Tələbələr bu müddət ərzində futbol və voleybol yarışları kimi müxtəlif idman növlərində qüvvələrini sınayıb, “Vətəni tanı”, “Nuh yurdu”, “Axtar tap” kimi müxtəlif intellektual və stolüstü oyunlarda mübarizə aparıblar. Həmçinin gənclərə “qış məktəbi” çərçivəsində vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.

   İki birinciliklə qayıdan Universitet tələbələri bu müddət ərzində olduqca maraqlı vaxt keçiriblər.