“Naxçıvan” Universiteti Bakı Biznes Universitetinin koordinatoru olduğu yeni bir layihənin icrasına başlayır.

   Avropa Komissiyası tərəfindən maliyələşdirilən EQAC layihəsinin (Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) məqsədi Azərbaycan universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin yaradılması və təhsil müəsisələrində keyfiyyətə nəzarət işinin daha da səmərəli təşkil edilməsidir.

   Bu istiqamətdə ilkin olaraq universitetdə akademik və administrativ heyyət eləcə də tələbələr arasında sorğular keçirilmişdir. Sorğuda altmışdan artıq proffesor-müəllim heyyəti və qırxdan artıq tələbə iştirak etmişdir.