“İqtisadiyyat” kafedrasında Elmi Tədqiqat İşlərinin müzakirəsi keçirilmişdir

27 oktyabr  2017-ci il tarixdə “İqtisadiyyat” kafedrasının müdiri dosent Dilsuz Qasım oğlu Qasımovun “Kənd  təsərrüfatında  maddi-texniki  təminat  sistemi, onun  təşkili  və  idarə  edilməsi”  mövzusunda və dosent Ceyhun İlham oğlu Mahmudovun “Naxçıvan MR-da sahibkarlığın inkişaf dinamikası” mövzusunda  Elmi Tədqiqat İşlərinin müzakirəsi keçirilmişdir. Tədqiqatçılar Elmi Tədqiqat İşlərinin aktuallığından və əldə olunan elmi yeniliklərdən danışaraq verilən sualları cavablandırmışlar.