“14” dekabr 2017-ci il tarixdə “Təbiət elmləri” kafedrasının III kurs “Coğrafiya müəllimliyi” ixtisasında kurs işlərinin müdafiəsi təşkil olunmuşdur.

Bunun üçün 07 dekabr 2017-ci il tarixli 05 №li protokol qərarı ilə Pedaqoji fakültənin dekanlığı və kafedra əməkdaşlarının birgə iştirakı ilə “Coğrafiyanın tədrisi metodikası” fənnindən kurs işlərinin müdafiəsi üzrə komissiya yaradılmışdır.

Kurs işlərinin müdafiəsindən əvvəl fənn müəllimi T.Ə.Əliyeva çıxış edərək kurs işləri üçün aktual və maraqlı mövzuların seçildiyini və kurs işlərinin tələbələr tərəfindən vaxtında yekunlaşdırıldığını, onlara  rəhbər tərəfindən müsbət rəylər yazıldığını bidirdi. Tələbələr yerinə yetirdikləri mövzulardan ətraflı danışdılar və verilən sualları cavablandırdılar.

Sonda komissiya üzvləri müzakirə olunan kurs işlərini müsbət qiymətləndirmiş, yekun nəticələr isə kafedranın protokol kitabında öz əksini tapmışdır.

Kurs işlərinin müdafiəsində komissiya üzvlərindən Pedaqoji fakültənin dekanı dos.M.İ.İsmayılov, “Təbiət elmləri” kafedrasının müdiri dos.A.Y.Səfərov, fənn müəllimi T.Ə.Əliyeva , tyutor İ.Q.Həsənov,  kafedranın baş laborantı N.H.Salmanova iştirak etmişdir.