Qaydalar&Qanunlar

  • Universitetin qayda-qanunlarını bilməlidir və ona görə də tam məsuliyyət daşıyırlar.
  • Universitet tələblərini müdafiə etməli və yerinə yetirməlidirlər, əks təqdirdə universitetin həmin tələbəni xaric etmək hüququ var.
  • Hər bir semestri qurtarandan sonra, universitetdən aldığı kitabları geri qaytarmalıdır, əks təqdirdə onlar həmin kitabların dəyərini ödəməlidir.
  • Ünvanını və ya hər hansı başqa şəxsi məlumatı dəyişərsə, o bu dəyişikliklər barəsində Qeydiyyat şöbəsinə və müvafiq dekanlığa məlumat verməlidir.
  • Akademik tələblərdən irəli gələn qaydalara əməl etməlidir.
  • Etik normaları qorumalıdır.
  • Universitetin mülkiyyətini qorumalıdır, əks təqdirdə o universitetdən xaric olunur və ya Azərbaycan qanunvericiliyində nəzərdə tutulduğu kimi dəymiş ziyanı ödəyir.

TələbəninHüquqları

  • Keyfiyyətli təhsil almaq;
  • Elmi işlərdə və layihələrin həyata keçirilməsində iştirak etmək;
  • Azərbaycan qanunvericiliyinə uyğun olaraq universitetin işi barəsində ümumi məlumat almaq;
  • Öz maraqlarına uyğun olaraq sərbəst şəkildə tələbə təşkilatlarında birləşmək;
  • Sərbəst şəkildə öz fikrini ifadə etmək;
  • Qanunvericiliyə uyğun olaraq təqaüd, maliyyə vəsaitləri almaq və başqa mənbələrdən faydalanmaq;
  • Qayda-qanunların və etik normaların təkmilləşdirilməsində iştirak etmək;
  • Bir həftə ərzində topladığı balların siyahısını almaq;
  • Müəllimlərin və inzibati işçilərin işi barədə fikirlərini söyləmək;
  • Azərbaycan qanunvericiliyinə uyğun öz hüquqlarını həyata keçirmək;
  • Universitet kitabxanasından kitab və başqa materiallar almaq.
  • Universitet tərəfindən kitablarla və başqa materiallarla təmin olunmaq.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image