Tələbə təşkilatları

Tələbə Gənclər Təşkilatı

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41 №-li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə-Gənclər Təşkilatları yaradılmışdır.
Buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Naziri M.Mərdanovun 28.02.2005 tarixli 89 saylı Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında əmrinə, 06-07 may 2005-ci il tarixlərində Təhsil Naziri M.Mərdanov və Gənclər İdman və Turizm Naziri Ə.Qarayev tərəfindən imzalanmış «Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatının əsasnaməsi»nə uyğun olaraq digər universitetlərlə yanaşı "Naxçıvan" Universitetində də «Tələbə Gəncələr Təşkilatı» yaradılmışdır.
Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən bu təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında tələbələr arasında əlaqə yaradan və tələbələrin ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə təsis edilmişdir. Təhsil müəssisələrində muxtariyyət şəklində fəaliyyət göstərən müstəqil tələbə-gənclər təşkilatı təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Tələbə Elmi Cəmiyyəti

"Naxçıvan" Universitetinin Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat və elmi-praktiki işinin təşkili və koordinasiyası üçün yaradılmış və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir.
TEC öz qarşısında kompleks vəzifələr qoyur. Bunların içərisində:
    Tədqiqat işinin əsasının formalaşması və tələbələrin elmi idrak metoduna yiyələnməsi;
    Tələbələrin tədris materialını dərin və yaradıcı şəkildə mənimsəmələrinə yardım göstərilməsi;
    Elmin və praktikanın vəhdəti prinsipinə uyğun olaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, yeni biliklərin yaran­masının əsası kimi fundamental tədqiqatlara marağın inkişaf etdirilməsi;
    Elmi və praktik işə ən çox istedadı və bacarığı olan tələbələrin aşkar edilməsi;
    tələbələrin elmi və praktik tədbirlərin (konkurs, olimpiada, seminar, konfrans, mühazirə, treninqlərin və s.) keçirilməsi və onlarda iştirak etmək imkanı haqda məlumatlandırılması;
    tələbələrin, professor-müəllim heyətinin, elmi işçilərin, biznesin nümayən­dələrinin, hakimiyyətin və ictimai birliklərin iştirakı ilə seminar, dəyirmi masa, konfrans, forumların və elmi və praktik xarakterli digər tədbirlərin təşkili və keçirilməsi;
Tələbə Elmi Cəmiyyətinin yaradılmasında həm tələbələrin təşəbbüsü, onların fəal vətəndaş mövqeyi və elmə marağı, həm də bu cür tələbə birliyinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaradan universitet rəhbərliyi əhəmiyyətli rol oynamışdır. Məhz bu maraqlar balansı, bir növ simbioz şəklində, onun mütəşəkkil inkişafına kömək edən başlıca amillərdən biridir.
TEC öz fəaliyyətini aşağıdakı formalarda həyata keçirir:
TEC-in iclası və qarşıdakı elmi tədbirlər haqda xəbər verilməsi;
Dövlət, ictimai və beynəlxalq təşkilatlarla, elm nümayəndələri ilə əməkdaşlıq;
Fənn olimpiadaları;
İqtisadiyyatın ayrı-ayrı bölmələri üzrə intellektual və işgüzar oyunlar;
Treninqlər və seminarlar;
Elmi mövzular üzrə diskussiyalar və cəmiyyətin aktual inkişaf məsələlərinin müzakirəsi;
Elmi konfransların, simpoziumların, dəyirmi masaların, işgüzar oyunların keçirilməsi.
Naxçıvan Özəl Universitetində tələbələrin elmi bacarıqlarını nümayiş etdirmələri üçün universitetdə hər cür şərait yaradılmışdır. Bunun üçün universitetdə zəngin kitabxana fondu yaradılmışdır.
2015-2016-cı -cü tədris ilində, aşağıda adları çəkilən kafedralarda TEC işinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:
Azərbaycan dili və ədəbiyyat kafedrasında
Iqtisadiyyat kafedrasında
Xarici dil (ingilis ) kafedrasında
Pedaqogika və psixologiya kafedrasında
Tarix kafedrası
Riyaziyyat və informatika  kafedrası
İdarəetmə kafedrası
Mövzular kafedra iclaslarında müzakirə olunmuş , ixtisaslar və kurslar üzrə tələbələr müəyyən edilmişdir. Hər bir tələbənin elmi rəhbəri dəqiqləşdirilmişdir.
Elmi rəhbərlər tərəfindən tələbələrə köməklik məqsədilə mövzunun icrası üçün plan verilmiş və onlar köməkçi ədəbiyyat materialları ilə təmin olunmuşlar.

ENACTUS (SIFE)nədir?

 ENACTUS (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuşdur. ENACTUS - biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. ENACTUS ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir.
ENACTUS şəbəkəsi ilə qurulan əlaqələr dünyadakı fərdləri və cəmiyyətləri faydalandırı, iştirakçılar arasında şəxsi və professional mühitin inkişafına səbəb olur. Proqramın cəmiyyət aspektinə əlavə olaraq, ENACTUS-un liderlik və karyera təşəbbüsləri öyrənmək, ENACTUS-un əməkdaş şirkətləri ilə tələbə və məzunların mübadiləsi və həmçinin yerləşdirilməsinə əhəmiyyətli imkanlar yaratmaq üçün planlaşdırılıb.
ENACTUS komandaları fərdi universitet kampuslarında təşkil olunur. ENACTUS Dünya Qərargahı tərəfindən bu cür komandaların necə təşkil olunması və strukturlaşması ilə bağlı bilərəkdən çox az qayda və prosedurlar yaradılmışdır.
ENACTUS komandasını təşkil etmək və onu idarə etməyin çoxsaylı yolu var. Hər bir kollec və ya universitet  xidmət etdiyi cəmiyyətə qədər unikaldır. Bu elastiklik hər bir qruma öz ENACTUS komandasını onun fakultə, tələbə və cəmiyyət ehtiyaclarına münasib şəkildə qurmağa icazə verir.
ENACTUS öz cəmiyyətində fərqlənməklə sosial cəhətdən məsuliyyətli biznes liderləri olmaq üçün, bacarıqları inkişaf etdirmək sahəsində universitet tələbələrini mobilləşdirməklə bağlı biznes və ali təhsil liderləri ilə işləyən beynəlxalq qeyri-kommersiya təşkilatıdır. İştirakçı tələbələr kampuslarda komandalar təşkil edir və ehtiyacı olan insanların həyat keyfiyyəti və yaşam standartını yaxşılaşdıran yardım layihələrini inkişaf etdirmək üçün biznes konsepsiyalarını tətbiq edirlər. İllik regional və milli yarışlar liderlərin hakimlər kimi çıxış etməsini təmin edir. Enactus - Ali təhsil müəssisələri və biznes strukturları arasında partnyorluq, tərəfdaşlıq və əməkdaşlıqdır. Əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulması nəticəsində tələbə komandaları yaşadıqları cəmiyyətdə azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını praktikada tətbiq edir və əldə etdikləri bilikləri digərləri ilə bölüşürlər.

        

Enactus Təşkilatı

 Enactus Təşkilatı 70-ci illərin ortalarında ABŞ-da yaradılıb. 1984-cü ildə SIFE müsabiqəsində ABŞ Universitetlərindən cəmi 17 komanda iştirak etmişdi. 10 ildən sonra, 1994-1995-ci akademik illərdə bu proqrama cəlb edilən tələbələrin sayı 30000-ə yaxın olmuş və müsabiqələrdə 171 komanda iştirak etmişdi. Hal-hazırda 50-ə yaxın ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən Enactus  WORLD  CUP – da öz ölkələrini və Universitetlərini təmsil edirlər. Enactus genişlənərək dünyanın Universitet əsaslı ən iri təşkilatlarından birinə çevrilib.
Enactus komandalarının məqsədi təkcə məlumatlandırmaq deyil, həmçinin auditoriyaya azad sahibkarlığın prinsiplərini anlatmaqla onların potensialının tam olaraq reallaşmasına təkan verməkdir. SIFE komandaları yaşadıqları cəmiyyətdəki insanların həyat səviyyəsini və yaşayış standartlarını təkmilləşdirmək uğrunda çalışır.

        

 Enactus– un İdeyası

 Enactus – un ideyası Azad Sahibkarlığın öyrədilməsi vasitəsilə insanlara öz arzularına çatmaq üçün köməyin göstərilməsidir. Biz inanırıq ki, ətrafın həyat tərzini yaxşılaşdırmağın ən yaxşı üsulu Azad Sahibkarlıqdır.

Enactus – un Missiyası

 Enactus – un əsas missiyası bazar iqtisadiyyatının əsaslarını öyrətmək məqsədilə tələbə komandalarının hazırlanmasıdır. ENACTUS - biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. ENACTUS ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir

        

 Enactus Təşkilatının İctimai Fəlsəfəsi

 “Mənə balıq ver bir gün ac qalmayım, mənə balıq tutmağı öyrət ömürlük ac qalmayım.”

Enactus Komandalar

Hər bir Enactus komandası Universitet cəmiyyəti tərəfindən təşkil olunur. Bu komandaların təşkil olunmasına və strukturuna dair Enactus –un Baş Ofisi tərəfindən müəyyən olunmuş bir neçə qayda və prosedurlar mövcuddur:

  • Bəzi komandaların ancaq bir məsləhətçisi, digərlərinin isə bir neçə məsləhətçisi ola bilər;
  • Bəzi komandaların xeyli sayda, digərlərinin isə nisbətən az sayda tələbə üzvü ola bilər (Qeydiyyat üçün minimum 25 nəfər tələbə tələb olunur);
  • Bəzi komandalar üzv olmaq üçün müəyyən tələblər irəli sürəcək, digərləri isə maraq göstərən hər bir tələbəyə üzv olmağa imkan verə bilər;

        

 Enactus Proqramının Baş Ofisi tərəfindən tətbiq edilən Parametrlər

 Enactus Proqramının Baş Ofisi tərəfindən tətbiq edilən Parametrlər odur ki, komandalar öz fəaliyyətlərini insanlara aşağıda göstərilən istiqamətləri öyrətməklə qurmalıdırlar:

  • Bazar iqtisadiyyatını;
  • Uğur qazanmaq bacarığını;
  • Sahibkarlığı;
  • Maliyyə savadını;
  • Biznes etikasını.

 Bunun xaricində komanda tərəfindən həyata keçiriləcək layihələrin sayı, layihə çərçivəsində hansı auditoriyanı əhatə edəcəkləri, onlar tərəfindən tətbiq olunacaq tədris materiallarının orijinal və ya əvvəlcədən hazırlanmış olması kimi məsələlərin həlli hər bir komandanın öz ixtiyarına verilib.

        

 Müsabiqənin keçirilməsində məqsəd

 Müsabiqənin keçirilməsində məqsəd – Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.
İstənilən tələbə, yaxud müəllim avadanlığın quraşdırılmasında iştirak edə bilər. Sual-cavab prosesində isə yalnız komanda üzvləri iştirak etməlidir. Heç bir komandaya rəsmi elan olunmamışdan öncə təqdimat otağında avadanlığı quraşdırmağa icazə verilmir. Yarışa aid heç bir sənəd, material, hədiyyə və s. materiallar münsiflər heyətinə verilə bilməz. İstisna hal kimi komanda üzvləri haqqında 1 səhifəlik məlumat verilir.

        

Müsabiqəyə təqdim olunan layihələrin münsiflər tərəfindən qiymətləndirmə meyarları

 Vacib olan iqtisadi, sosial və ekoloji amilləri nəzərə almaqla hansı Enactus komandası kommersiya və iqtisadi anlayışları və sahibkarlıq yanaşmasını tətbiq edərək ehtiyacı olan insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə daha effektiv olaraq təsir etmişdir?

Qiymətləndirmə Elementləri

 1. “Vacib olan iqtisadi, sosial və ekoloji amillər” dedikdə nə başa düşülür?

  • Bu üç amil üç qat müəyyən etmə konsepsiyasına (daha doğrusu gəlir, insanlar, planet) aid olmaqla layihənin və ya təşəbbüsün həqiqətən də effektiv və dayanıqlı olduğunu nümayiş etdirməli və onlar nəinki iqtisadi, həmçinin sosial və ekoloji nöqteyi nəzərindən əsaslandırılmış olmalıdır.
  • Bu üç amilin hər biri nəzərə alınmalıdır, lakin onlardan bəziləri müəyyən hallarda xüsusi ilə böyük əhəmiyyət kəsb edə bilər.
  • İstənilən bu üç amilə layihənin bir hissəsi olmaqla inteqrasiya yanaşması çərçivəsində baxılmalı və heç vaxt müəyyən vəziyyətlərə aid olmaqla ayrılıqda nəzərdən keçirilməməlidir.

         

  2. “İnsanlara effektiv olaraq təsir etmək” necə olar?

  • Asılılıqdan  öz müqəddəratını təyin etməyə və müstəqil yaşamağa keçid dövründə insanlara bilik, bacarıq və (və ya) əminlik hissinin verilməsi.
  • Onları əməkdaşlığa cəlb etmək və uzunmüddətli bacarıqlarınının inkişafı üzərində cəmləşdirmək.

  3. “Ehtiyacı olan insanlar” qrupuna kimlər daxildir?

 Geniş mənada “ehtiyacı olan insanlar” komanda layihəsinin müəyyən hissəsində, Enactus missiyası üçün vacib və ya əhəmiyyətli olan, diqqətdən kənarda qalmış istənilən potensial insan qrupu nəzərdə tutulur.

  • Qrup kasıb, yoxsul, cəmiyyətdən təcrid olunmuş və (və ya) maliyyə sıxıntısı çəkən insanlarla məhdudlaşmır.
  • Əsas qiymətləndirmə komandanın seçdiyi hədəf qruplarınının ehtiyaclarının nümayiş etdirilməsi bacarığına verilir, həmçinin komanda niyə məhz bu ehtiyaclara müraciət etdiyini də göstərməlidir.

         

 4. “Kommersiya və iqtisadi prinsiplərinin və sahibkarlıq yanaşmasının tətbiq edilməsi” nə deməkdir?

  • “Kommersiya və iqtisadi prinsiplər” -  geniş tədbirləri özündə cəmləşdirən birləşmiş qrupdur.  Onlar Enactus-un bütün mövzuları, hakimliyin son kriteriyaları və digərləri  daxil olmaqla layihə şəklində həyata keçirilə bilər.
  • “Kommersiya və iqtisadi prinsiplər”  layihənin məzmunu, işlənməsi və hazırlanması prosesində biznes yanaşmadan istifadə etməklə yeni iqtisadi imkanların yaranmasına gətirib çıxarmalıdır.
  • “Sahibkarlıq yanaşması” layihənin hazırlanması və təqdim edilməsi üsuludur. Bu heç də sahibkarlıq təşkilatının yaradılması tələbi deyildir.
  • “Sahibkarlıq yanaşması” Enactus komandasının səyləri ilə “yaradıcılıq, yenilikçilik və sahibkarlıq ruhu”nun təzahür etməsinə gətirib çıxarmalıdır.

  5.  “Keyfiyyət və həyat səviyyəsi” dedikdə nə başa düşülür?

  • Həyatın keyfiyyəti, həyatın qeyri-maddi aspektlərinə aiddir: bunlar şəxsin və ya hədəf qruplarının sosial, mədəni və emosional həyat aspektləridir.
  • Həyat səviyyəsi maddi aspektlərə aiddir: bunlar şəxsin və ya hədəf qruplarının fiziki, maliyyə və ekoloji həyat aspektləridir.
  • Hədəf qruplarına fayda gətirməklə statusun yaxşılaşdırılması, komandanın əldə etdikləri nəticələr (göstəricilər, planlar və təşəbbüslər vasitəsi ilə deyil) vasitəsi ilə nümayiş etdirilməlidir.

 Müsabiqə

Akademik tədris ili Enactusu – un milli müsabiqəsi ilə yekunlaşır. Bu müsabiqə hər bir komandaya özlərinin işlədiyi və hazırladığı layihələri münsiflər heyəti qarşısında təqdim etmək imkanı verir. Hazırlanan layihələr cəmiyyət və insanların yaşayış standartlarının təkmilləşdirilməsinə nə dərəcədə təsir göstərməsi baxımından qiymətləndirilir. Enactus proqramını tətbiq edən hər bir ölkə ən azı milli müsabiqəni təşkil etməlidir. Müsabiqənin nəticəsi olaraq bir Universitet qalib elan olunur və Enactus Dünya Müsabiqəsinə vəsiqə qazanır.