5 mart 2019-ci il tarixində “Naxçıvan” Universitetində Pedaqoji fakültənin “Kimya və Biologiya müəllimliyi” II kurs tələbələrinin təşkilatçılığı ilə gənclər arasında sağlam qidalanmağın təbliği layihəsi çərçivəsində “Sağlam qida, sağlam həyat, Sağlam düşüncə” adlı tədbir keçirildi.
Tədbirin məqsədi xüsusilə tələbələr arasında sağlam qidalanmanın təbliği və səhər yeməyinin əhəmiyyətini vurğulamaqdır. 137 tələbə arasında keçirilən sorğunun nəticəsinə əsasən 38.7 % tələbə səhər yeməyi yemir, 34,3 % tələbə isə bəzən yeyir, bəzən yemir. Bu da 73% tələbənin nizamsız qidalanması deməkdir ki, problemin vacibliyini vurğulamaq istədik.
Tələbələrin hazırladıqları məruzələr həm müəllimlər, həm də tələbələr tərəfindən maraqla dinlənildi. Səhər menyusundakı zəruri qidaların faydaları vurğulandı. Düzgün qidalanmaq mexanizmlərindən biri olaraq dekorativ təqdimatlar təşkilatçı tələbələr tərəfindən sərgiləndi. Tədbirdə 100-ə yaxın müəllim və tələbə iştirak etdi.
Tədbirin təşkilatçılığı “Naxçıvan” Universiteti Pedaqoji fakültəninin “Kimya-Biologiya Klubunun” üzvləri Züleyxa Əsgərova, Bağırova Şura, Salahova Xalidə və Hüseynli Aysun tərəfindən edilmişdir.
Tədbirə çox böyük rəğbət göstərildi. Tədbirin çox mənalı və maraqlı keçdiyini bildirən qonaqlar ortaya qoyulmuş problemin aktuallığını vurğuladılar. Bu tip tədbirlərin davamını arzuladılar.