“Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə tələbələri “Gənc riyaziyyatçılar klubu” başlığı altında “Riyaziyyatı sevirik” adlı Riyaziyyat gecəsi təşkil etmişlər. Tədbiri giriş sözü ilə fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva açaraq riyaziyyatçı tələbələrə uğurlar diləmiş, tələbələrimizin riyaziyyat fənni ilə bağlı atdıqları addımı alqışlamışdır. Sonra isə tələbələr mərhələ üzrə riyaziyyat fənnindəki yeniliklərdən, bir çox riyazi əməllərin hansı üsul və yollarla asanlıqla yerinə yetirilməsindən söhbət açmışlar. Misallar üzrə fikirlərini əsaslandıran tələbələr elektron lövhənin köməyilə riyazi əməllərin alınmasını göstərmiş, bir sıra misallarla fikirlərini əsaslandırmışlar.
Sonda “Gənc riyaziyyatçılar klubu”na kömək və rəhbərlik edən Şamil Hümbətova minnətdarlıq edilmiş, bu cür tədbirlərin keçirilməsinin davamlığını arzulamışlar.